"Neftçi" Abdulla Rzayevə iddiasını ortaya qoyub.
Yuri Vernidub Ayxan Abbasovun ilk dəfə milliyə çağırdığı müdafiəçini sərəncamında görmək istəyindədir.
Baş məşqçi ötən mövsümün ilk yarısını "Turan Tovuz"da, ikinci dövrəsini "Şamaxı"da keçirən gəncin onlara xeyir verəcəyini düşünür.
Ukraynalı çalışdırıcının rəyini əsas götürən klub rəhbərliyi "Sabah"dan olan həmkarlarına müraciət ünvanlayıb
. "Ağ-qaralar" Valdas Damrauskasın Avstriya toplanışına aparmadığı Rzayevin transferi üçün danışıqlara başlamağı təklif eləyiblər.
"Neftçi" tərəfi onu icarəyə götürməyi deyil, birbaşa almağı planlaşdırır. Əlbəttə, təzminat da öz yerində.
Konfrans Liqasında mübarizə aparacaq bakılılar iyun ayı ərzində 4 yeni simayla güclənib.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) kollektivə qoşulub.
SPORTİNFO.AZ

