Dünya çempionatının 1/16 final mərhələsində Kolumbiyaı Qananı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Kanzas-Sitidə keçirilən görüşdə yeganə qolu 14-cü dəqiqədə Con Arias vurub.
Kolumbiya yığmasının start heyətində Rusiyanın Krasnodar komandasında çıxış edən hücumçu Con Kordoba da yer alıb. Lakin o, oyunun əvvəlində zədələndiyi üçün əvəzlənib. Onun əvəzinə 8-ci dəqiqədə meydana Luis Suares daxil olub.
Beləliklə, Kolumbiya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksələn son komanda olub.
Cənubi amerikalıların növbəti rəqibi 1/16 finalda Əlcəzairi 2:0 hesabı ilə məğlub edən İsveçrə milli futbol komandası olacaq. Qarşılaşma iyulun 7-də Vankuverdə keçiriləcək.

