Azərbaycan millisi uzun fasilədən sonra Gəncədə meydana çıxacaq.
Payızda Millətlər Liqası çərçivəsində baş tutacaq oyunla bağlı Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Nizami turduna yola düşəcək.
Yenilənmiş Gəncə şəhər stadionunda ilk beynəlxaıq oyun keçiriləcək ki, seçməmiz qrupdakı rəqibi Litvanı qəbul edəcək.
AFFA-nın sosial media hesablarında yayılan bu xəbər gəncəli futbolsevərlər tərəfindən sevinclə qarşılanıb.
Yazılaş şərhləri oxuyanda 15 min azarkeş tutumu olan stadionun dolacağını təxmin etmək çətin deyil:
“Azərbaycan əsl azarkeş görəcək”.
“Başlıqda Gəncə sözü varsa, əsl azarkeşin nə olduğunu hər kəs görəcək. Uğultudan stadion partlayacaq”.
“Ölkənin ən böyük, ən çılğın azarkeş ordusunun dəstəyini alacaqsınız. Burada da uduzsanız, sizə sözüm yoxdur”.
“Əla ideyadır. Bunu dəstəkləmək lazımdır. Futbol regionlara daşınmalıdır. Bir oyunu da Xankəndidə keçirmək olar”.
“Gəncəlilər stadionu tam dolduracaq. Buna əmin olun”.
“Belə dəstək, belə atmosfer Azərbaycan futbolunda ilk olacaq.Millimiz bu stadionda ancaq qələbə qazana bilər”.
“Milli normal futbol oynasın, qalanı gəncəlilər həll edəcək. Ölkə futbolu əsl azarkeş görəcək”.
“Gəncə azarkeşləri Azərbaycanda “1 nömrə”dir. Stadionun dolacağına şübhəniz olmasın”.
“Bu oyundan sonra futbolçular bütün matçların Gəncəyə salınmasını istəyəcək. Əsl azarkeşin nə olduğunu göstərəcəyik”.
“Litvanın qanı getdi. Gəncənin dəliləri elə təzyiq edəcəklər ki, litvalıların ayağı top tutmayacaq”.
Məlum qarşılaşma oktyabrın 4-də, bazar günü baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

