"Bəlkə də bu, bizə qarşı oynayan “Qarabağ”ın ən yaxşı heyəti deyildi, amma..."

09:00 Qarabağ 159
"Bəlkə də bu, bizə qarşı oynayan “Qarabağ”ın ən yaxşı heyəti deyildi, amma..."

“Xarkov”un baş məşqçisi Mladen Bartuloviç Avstriyada təlim-məşq toplanışı zamanı “Qarabağ” üzərində (6:2) qazandıqları qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Ağdam təmsilçisinə böyük hesabla qalib gəlməklərini bununla əlaqələndirib:

"Əslində hesaba o qədər də fikir vermək istəmirik. Oyunun özünə və oyunçularımızın hazırlığına daha çox diqqət edirik.

Çünki bu, onların ilk yoldaşlıq oyunudur. Əlbəttə ki, yaxşı rəqibi məğlub etmək həmişə xoşdur.

Bəlkə də bu, bizə qarşı oynayan “Qarabağ”ın ən yaxşı heyəti deyildi, amma meydanda yaxşı oyunçuları da var idi. Bu, onların problemidir.

Biz işimizi görürük, taktikalarımızı tətbiq edirik. Çox çalışırıq və ilk yoldaşlıq oyunumuz üçün çox məmnunuq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti