Kurasao millisinin yarımmüdafiəçisi Xander Severina “Sabah”a keçməmişdən əvvəl bir neçə klubun təklifini geri çevirib.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 25 yaşlı futbolçunu transfer etmək istəyən klublardan biri “Kayrat” olub.
Son mövsümdə Çempionlar Liqasının liqa mərhələsində çıxış etmiş Qazaxıstan təmsilçisi vingerlə müqavilə imzalamaq istəyib. Lakin kurasaolu futbolçu “Sabah”a keçməyə üstünlük verib.
Niderlandda dünyaya gəlmiş Severina “Den Haaq”, “Partizan”, “Makkabi”(Hayfa), “Kasa Pia” klublarında oynayıb.
Azərbaycan çempionu yeni transferi ilə 2+1 illik müqavilə imzalayıb.

