Avropa çempionu olmuş Nihad Ağayev: “Yaxşı hazırlaşmışdım”

07:10 Cüdo 79
Avropa çempionu olmuş Nihad Ağayev: “Yaxşı hazırlaşmışdım”

Avropa çempionatına yaxşı hazırlaşmışdım.

Sportinfo.az xəbər verir ki, bunu İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Nihad Ağayev (50 kq) deyib.

"Rəqiblərimi texniki cəhətdən analiz etmişdim. Bayrağımızı Avropa çempionatında ucaltdıq. Bundan qürur duyduq.

Gələcəkdə keçiriləcək digər yarışlara da yaxşı hazırlaşacağam. Çalışacağam ki, növbəti yarışlarda da yüksək nəticələr göstərim, ölkəmizi layiqincə təmsil edim", - N.Ağayev bildirib.

Azərbaycan milli komandası Avropa çempionatında 10 medal qazanaraq tarixi nəticəyə imza atıb.

Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti