Millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadə hazırda İsraildədir.
O, bu gün səhər saatlarında sözügedən ölkəyə yollanıb.
24 yaşlı vinger «Kiryat»da davam etdirəcək.
Yüksək liqada mübarizə aparan Şimona təmsilçisi həmyerlimizlə birillik icarə müqaviləsi imzalayacaq. «Kiryat» bununla bağlı Rüfətin məxsus olduğu «Varajdin»lə (Xorvatiya) ortaq məxrəcə gəlib.
«Sumqayıt»ın yetirməsi az öncə yeni klubunda tibbi baxışdan keçib. Yığmamızın üzvü burada hərtərəfli «çekap» olunub.
Saytımız müayinənin gedişini göstərən görüntüləri əldə edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

