Slovak hücumçu: "Azərbaycan millisini qiymətləndirməyə bilmərik"

19 Noyabr 2019 18:52 Milli komanda 683
Slovak hücumçu: "Azərbaycan millisini qiymətləndirməyə bilmərik"

"Bakıdakı oyunu necə yüksək səviyyədə keçirdiyimizi bilirik. Biz həmin matçı xatırlamalı və eyni cür çıxış etməliyik".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Robert Bojenik bu gün Trnavada Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçı barədə danışarkən deyib.

20 yaşlı hücumçu iyunun 11-də "Bakcell Arena"da qazandıqları 5:1 hesablı qələbəyə rəğmən, bu dəfə oyunun fərqli alınacağını söyləyib: "Rəqibi qiymətləndirməyə bilmərik. Bu, Bakıdakından fərqli qarşılaşma olacaq. Bizə ikinci matçımızı da belə keçirmək lazımdır".

Bojenik E qrupunun paralel keçəcək Uels - Macarıstan qarşılaşmasının heç-heçə ilə yekunlaşacağına ümid edəcəklərini də vurğulayıb: "Kardiff şəhərində bəxtin üzümüzə necə güləcəyinə baxacağıq. Orada nə baş verəcəksə, o da olacaq".

Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda