Yığmamızın futbolçuları gözləsin – Fransız xanım gəlir!

24 Mart 2023 22:40 Milli komanda 553
Yığmamızın futbolçuları gözləsin – Fransız xanım gəlir!

İsveç və Azərbaycan arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!