Altay Əliyev Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat köçürdü - FOTOLAR

15 Oktyabr 2020 13:54 Maraqlı 5 070
Altay Əliyev Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat köçürdü - FOTOLAR

Tanınmış idman şərhçisi, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış, səsi ilə milyonların rəğbətini qazanan Altay Əliyev Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Sportinfo.az-ın məlumatına görə, hazırda özəl sektorda fəaliyyət göstərən Altay Əliyev adıçəkilən fonda şəxsi hesabından 5 min manat vəsait köçürüb.

Keçmiş həmkarımız şəxsi təşəbbüsü ilə cəbhə bölgəsinə də yardım etmək üçün Müdafiə Nazirliyinin qaynar xətti ilə müntəzəm əlaqə saxlayır, zəruri olan tibbi, ərzaq və geyim bağlamalarını ön xəttə çatdırır.

Xatırladaq ki, Altay Əliyev bir neçə ay əvvəl Koronavirusla Mübarizəyə Dəstək Fonduna da yardım etmişdi.

Bundan başqa onun övladları Türkay Əliyeva və Tuncay Əliyev də oxuduqları SABİS SUN Beynəlxalq məktəbinin müharibəyə dəstək aksiyasına qoşulublar. Onların hər ikisi ərzaq, çadır və tibbi ehtiyacları olan qutuları məktəbə çatdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti