“Mən indi nəyin baş verdiyini görürəm, buna laqeyd qalmaq çətindir"

10 Avqust 2020 10:38 Maraqlı 738
“Mən indi nəyin baş verdiyini görürəm, buna laqeyd qalmaq çətindir"

Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusda baş tutan prezident seçkilərində indiki ölkə rəhbəri Aleksandr Lukaşenkonu dəstəklədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, Z.Səmədov bu barədə bildirib:

“Mən indi Belarusda nəyin baş verdiyini görürəm. Buna laqeyd qalmaq çətindir. Çünki bu, təhsil aldığım və uğur qazandığım ölkədir.

Dinc Belarusda vətəndaş müharibələri və münaqişələr olmadan yaşamışam. Bütün tanışlarım və dostlarım öz sahələrində işləyib çalışırdı ki, hər biri bu gün malik olduqlarımıza nail olsunlar.

Biz bu yolu Belarusun hazırkı prezidenti Aleksandr Qriqroyeviçin uğurlu işi sayəsində keçdik. Mən də onu dəstəkləyirəm. Fəxr edirəm ki, Belarus mənim ikinci doğma evimdir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"