“Payıza qədər müsbət addımlara nail olmasaq, vəziyyət çətinləşəcək”

3 İyul 2020 18:48 Maraqlı 717
“Payıza qədər müsbət addımlara nail olmasaq, vəziyyət çətinləşəcək”

“Ekspertlər bizə payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər”.

Sportinfo.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, payız və qış aylarında digər respirator infeksiyaların yüksələn mövsümü olur: “COVİD-19- la klinik əlamətləri oxşarlıq təşkil edən çoxlu sayda viruslar və ativik pnevmoniya törədicisi olan bakterial infeksiyalar var.

Əgər biz payız aylarına doğru müsbət addımlara nail olmasaq, xəstəliyin differensial diaqnostikası çətinləşə bilər. Bu baxımdan çox tibb müəssisələrin üzərində ağır nəticələr baş verə bilər. Ona görə hər birimiz məsuliyyətli olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti