"Yuventus" uduzdu, Ronaldo üçün əlamətdar oldu

27 Yanvar 2020 13:56 Maraqlı 2 392
"Yuventus" uduzdu, Ronaldo üçün əlamətdar oldu

İtaliya A Seriyasının vahid lideri "Yuventus" 21-ci turun Neapol səfərində uduzsa da, qarşılaşma Turin klubunun ulduz futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, "Napoli"yə 1:2 hesablı məğlubiyyətdə yeganə qolu vuran 34 yaşlı portuqaliyalı İtaliya A Seriyasında ardıcıl 8-ci oyunda da adını tabloya yazdırıb.

Cari birincilikdə ümumilikdə 17 dəfə fərqlənən Ronaldonun qollarından 12-i son 8 görüşdə qeydə alınıb. Portuqaliya millisinin lideri A Seriyasının bombardiri - "Latsio"lu Çiro İmmobiledən 6 top geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi