Avropa üçüncüləri "Qarabağ" formasına qovuşdu - FOTOLAR

13 Yanvar 2020 15:20 Maraqlı 911
Avropa üçüncüləri "Qarabağ" formasına qovuşdu - FOTOLAR

Şahmat üzrə qadınlardan ibarət millimizin üzvləri “Qarabağ” formalarına qovuşublar.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İAM-ın ilin idman yekunlarına dair keçirilən tədbirində fərqlənən xanım zəka sahibləri ilə görüşdə onlara klubun formalarının hədiyyə olunacağını bildirmişdi.

Respublika Şahmat Mərkəzində bir araya gələn qızlar - Türkan Məmmədyarova, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və kapitan Zeynəb Məmmədyarova "köhlən atlar"ın formalarını geyinərək sosial şəbəkədə paylaşım ediblər.

Qeyd edək ki, 2019-cu ildə Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatının 9-cu turunda Ermənistan üzərində 3:1 hesablı qələbə qazanan zəriflərimiz tarixində 2-ci dəfə bürünc medal qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?