Azərbaycanlı məşqçinin nümunəvi addımını görün - FOTOLAR

5 İyul 19:40 Maraqlı 674
Azərbaycanlı məşqçinin nümunəvi addımını görün - FOTOLAR

Azərbaycanlı uşaq futbol məşqçisi Azər Cabbarov təqdirəlayiq addımla yadda qalıb.

Belə ki, çalışdığı sahənin yaxşılarından hesab olunan mütəxəssis xeyirxah işləri də unutmur.

Uşaqların sevimlisi bu dəfə Bakıda yerləşən 2 saylı internat evində qonaq olub.

O, uşaqlara pay aparıb, onlarla əylənib, xoş vaxt keçirib.

Baş məşqçi gözü burada da sakit durmayıb.

Futbol oyunu keçirib və bəyəndiyi iki uşağı komandasında məşqlərə cəlb edib.

Peşəkar karyerası MKT Araz, "Qəbələ", "Karvan" "Kəpəz" və "Qarabağ" kimi klublarda keçən 42 yaşlı veteran futbolçu artıq neçə illərdi azyaşlı uşaqlara futbolun sirlərin öyrədir.

Ötən yay "Neftçi" Futbol Akademiyasından ayrılan Cabbarov hazırda "Zəngəzur" klubunda çalışır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu