20 il əvvəl Azərbaycanda çalışmış məşqçi Bakıya gəldi - FOTO

20 Dekabr 2025 21:00 Maraqlı 6 116
20 il əvvəl Azərbaycanda çalışmış məşqçi Bakıya gəldi - FOTO

“Zirə” – “İmişli” qarşılaşmasını izləyənlər arasında tanış sima diqqət çəkməyə bilməzdi.

Bir az yaşa dolsa da, xarici görünüşünə görə tanımamaq mümkün deyildi.

2005-ci ildə Sumqayıtın “Gənclərbirliyi” komandasını çalışdırmış Adel Amruş.

57 yaşlı mütəxəssisi Zirəyə baş çəkməyə Leroy Mikelslə Anje Mutsinzi məcbur etmişdi.

Amruş bu ildən Ruanda millisinə rəhbərlik edir, Mutsinzi 2018-ci ildən yığmanın formasını geyinir, Mikels isə sözügedən komandanın yeni üzvüdür.

Amruş 90 dəqiqəni diqqətlə izləyib özü üçün qeydlərini aparandan sonra dəhlizdə hər iki əcnəbiylə, eləcə də Ruanda millisinin “Sabah”da top qovan üzvü Coy-Lens Mikelslə bir xeyli söhbət edəndən sonra stadionu tərk etdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!