Xavi Niderland millisinin baş məşqçisi oldu - DÇ-2030-a qədər

13 Avqust 01:40 Dünya futbolu 521
Xavi Niderland millisinin baş məşqçisi oldu - DÇ-2030-a qədər

Niderland millisinin yeni baş məşqçisi açıqlanıb.

Sportinfo.az milli komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə Xavi Hernandezə tapşırılıb.

İspaniyalı mütəxəssislə 2030-cu ildə keçiriləcək dünya çempionatına qədər müqavilə imzalanıb.

Xavi bu vəzifədə DÇ-2026-dan sonra istefa vermiş Ronald Kumanı əvəzləyib.

İspaniya millisinin və "Barselona"nın sabiq üzvü 2019-2021-ci illərdə Qətərin "Əl Sədd" komandasını çalışdırıb. O, 2021-ci ildən 2024-cü ilə qədər "Barselona"nın baş məşqçsi olub.

Xavinin rəhbərliyi altında Kataloniya klubu İspaniya La Liqasını və İspaniya Superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM