Qurban Qurbanov ona nə qədər dözəcək?

22:20 Qarabağ 226
Qurban Qurbanov ona nə qədər dözəcək?

"Qarabağ"da kütləvi ayrılıq yenilərin adaptasiya prosesini keçmədən əsas heyətə yolunu açdı.

Qurban Qurbanovun yanaşmasına tərs hadisədir.

Məsələn, "Dinamo" ilə son oyunda 4 yeni transfer əsas heyətdə yer alırdı.

Son illər belə halın baş verməsini xatırlamıram.

Yuxarıda qeyd etdiyimiz kimi, Qurbanov bunu sevərək etmir, məcburdur.

Çünki yayda düşərgədən ayrılanların əksəriyyəti əsas heyət üzvləri idi.

Təcrübəli mütəxəssis xoşlayır ki, yenilər bir müddət daxili ab-havaya alışsın, tədricən oyun vaxtı alsın.

Bu baxımdan yeni transferlərin gözləntilərin altında qalması hardasa başadüşüləndir.

Bəs köhnə qvardiyadan qalan Aleksey Kaşuka nə söz?

Yaranmış boşluqdan ən çox qazanan məhz ukraynalıdır.

Davamlı oyun şansı alır.

Amma heç cür ötən günlərini xatırlada bilmir.

"Sabah"da parlayan Kaşukdan əsər-əlamət yoxdur.

Qeyri-dəqiq ötürmələr, uğursuz zərbələr, qaçırılan real qol imkanları.

Əbəs deyil ki, 26 yaşlı yarımmüdafiəçi ən çox tənqid olunanlar sırasındadır.

Azarkeşlərin daha ona dözəcək səbri qalmayıb.

Gözləyək, görək Qurbanov ona nə qədər dözəcək?

Belə çox getməz...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti