Biri “Qarabağ”dandır - Daha 4 transfer etdilər

13 Avqust 01:00 Hadisə 1 300
Biri “Qarabağ”dandır - Daha 4 transfer etdilər

“Şəfa” növbəti transferlərini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb.

"Araz-Naxçıvan"dan 19 yaşlı qapıçı Ayxan Əlizadə, "Qarabağ"dan 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə, "Zirə"dən isə 20 yaşlı müdafiəçi Nurhan Abdıyev və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

Qeyd olunub ki, Ayxan, Elmar və Eltun ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan isə 1 illik sözləşməyə imza atıb.

"Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko və Kristofer Mamengi ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi