"Rapid" “Zirə”nin tanışını Konfrans Liqasından uzaqlaşdırdı - NƏTİCƏLƏR

00:30 Dünya futbolu 141
"Rapid" “Zirə”nin tanışını Konfrans Liqasından uzaqlaşdırdı - NƏTİCƏLƏR

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, günün matçlarında gözlənilən nəticələr qeydə alınıb. İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) səfərdə Polşanın GKS (Katovitse) klubuna 1:2 hesabı ilə məğlub olsa da, ilk oyundakı üstünlüyü sayəsində pley-offa vəsiqə qazanıb.

Günün digər qarşılaşmalarında “Rapid” (Vyana) öz meydanında “Payde”ni 2:0, “Kopenhagen” isə “Debretsen”i 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıblar.

"Katovitse" (Polşa) - "Təl-Əviv" (İsrail) - 2:1

Qollar: Şkurin, 83, Yendrix, 90- pen. - Toriel, 23

İlk oyun - 0:2

"Rapid" (Avstriya) - "Payde" (Estoniya) - 2:0

Qollar: Tilio, 38, Şaub, 82-pen.
İlk oyun - 4:1

"Kopenhagen" (Danimarka) - "Debretsen" (Macarıstan) - 5:1

Qollar: Elyunussi, 3, 58-pen; Kril, 76, Kornelius, 78, 90+2 - Cucak, 48
İlk oyun - 3:0

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab
12 Avqust 03:00 Ronaldo evləndi - FOTOLAR