“Çoxlu səhvlərə yol verdik, “Sabah” arzularımızın çoxunu puç etdi”

“Çoxlu səhvlərə yol verdik, “Sabah” arzularımızın çoxunu puç etdi”

“Orhus”un yarımmüdafiəçisi Maqnus Knudsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Sabah”a 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmaları barədə danışıb.

Sportinfo.az bold.dk-yə istinadən xəbər verir ki, norveçli futbolçu komandasının çoxlu səhvlər etdiyini və məğlubiyyətə layiq olduğunu etiraf edib:

“Hazırda çox çətindir. Arzularımızın çoxu puç oldu. “Orhus”un Çempionlar Liqasının əsas mərhələsinə qədər irəliləməsini arzulayırdım.

Amma indi bu baş verməyəcək. “Sabah” 3-cü təsnifat mərhələsində bizim üçün son dayanacaq oldu.

Biz çoxlu səhvlərə yol verdik. Kifayət qədər yaxşı oynamadağımızı etiraf etməliyik.

Rəqibə iki-üç qolu hədiyyə etdik və belə olanda işlər çətinləşir. Bəzən futbol belədir.

Hər şey bir anda dəyişə bilər. “Sabah”a qarşı oyunda isə bizim üçün çox şey istədiyimiz kimi getmədi”.

Knudsen komandanın müdafiə xəttindəki dəyişikliklərin məğlubiyyətə bəraət qazandıra bilməyəcəyini də bildirib:

“Start heyətində meydana çıxan 11 futbolçunun hamısı ağıllı oyunçulardır.

Yeni futbolçular komandaya qoşulub və onları yaxşı qarşıladıq. Heyətdəki dəyişikliklər zəif çıxışımıza bəraət qazandırmamalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab
12 Avqust 03:00 Ronaldo evləndi - FOTOLAR