Medina və Bayramov komanda yoldaşının dadına belə çatdı - FOTOLAR

1 Mart 2023 17:00 Maraqlı 1 141
Medina və Bayramov komanda yoldaşının dadına belə çatdı - FOTOLAR

"Qarabağ" - "Neftçi" arasında baş tutan sonuncu Azərbaycan derbisində Luka Quqaşeşvalinin yaratdığı qalmaqal geniş müzakirələrə yol açdı.

Təkcə "Neftçi" fanatları yox, əksəriyyət onu qınadı.

Elə komandanın baş məşqçisi Qurban Qurbanov da. Təcrübəli mütəxəssis oyunun gedişində də, matçdan sonra da gürcüstanlıya sərt iradın bildirdi.

Həqiqətən də peşəkar futbolçu gərək belə addımlardan çəkinsin. Provakasiyalara qəti getməsin. Fanatı başa düşdük, bəs sən?

Yaxşı ki, qəzəblənən azarkeşləri qısa müddətdə sakitləşdirmək mümkün oldu. Əks halda mübahisənin davamı daha pis axar ala bilərdi.

Bunda Lukanın yoldaşları da xüsusi cənfəşanlıqla yadda qaldılar.

Belə ki, ağdamlıların iki oyunçusu - Kevin Medina və Toral Bayramov çox çəkmədən özlərini hadisə yerinə yetirib, gürcüstanlının əvəzindən üzrxahlıq etdilər.

Əcnəbi qapıçının hərəkəti nə qədər pis idisə, Medina və Toralın addımı bir o qədər gözəl mənzərəyə səhnə olmuş oldu. Əminliklə demək olar ki, 23 yaşlı qapıçı arada sülhün bərqərar olmasına görə təkcə polis əməkdaşlarına yox, həm də komanda yoldaşlarına minnətdar olmalıdır. Həm də dərs çıxarmalıdır. Ki, bir də belə addımlarla yadda qalmasın.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti