FOTO: Qazandılar, o da sabiq komanda yoldaşına ACIQ VERDİ

29 Yanvar 2023 16:40 Maraqlı 783
FOTO: Qazandılar, o da sabiq komanda yoldaşına ACIQ VERDİ

"Şamaxı"nın qolkiperi "Səbail" üzərində əzmkar qələbədən (2:1) sonra öz instagram hesabından paylaşım edib.

O, indiki komanda yoldaşları - Əkbər Vəliyev, Rəhman Daşdəmirov və sabiq komanda yoldaşı Adil Nağıyevlə birgə olan fotosunu izləyicilərlə bölüşüb.

Əzizlinin fotoya seçdiyi başlıq isə məşhur mahnıda deyilən "Bu sevgidə kim uduzdu, kim uddu" sözləri seçilib.

Təbii ki, təcrübəli qapıçı bu sözləri ilə Nağıyevi hədəf seçib.

Axı mərkəz müdafiəçisi qışa qədər oynadığı "Şamaxı"nı fasilədə "Səbail"ə dəyişmişdi.

Rəşad bu sözləri ilə sanki "Qərarın belə olmasaydı, bu gün məğlubiyyəti dərd etməz, sabiq komanda yoldaşların ilə birgə 3 xalın dadını çıxarardın" demək istəyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!