"Neftçi"dən ayrılan ulduzun yeni ünvanı məlum oldu

14 Sentyabr 2021 23:40 Maraqlı 1 497
"Neftçi"dən ayrılan ulduzun yeni ünvanı məlum oldu

2020/21 mövsümünün sonunda "Neftçi"dən ayrılan Keysuke Hondanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yaponiyalı futbolçu karyerasını Litvanın "Suduva" klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Son ölkə çempionu 35 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalayıb. Anlaşmanın detalları açıqlanmayıb. Təcrübəli oyunçu yeni komandasında 3 nömrəli forma ilə çıxış edəcək.

Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub və Azərbaycan çempionu olub. Futbolu karyerası ərzində Yaponiyanın "Naqoya", Niderlandın "Venlo", "Vitess", Rusiyanın ÇSKA (Moskva), İtaliyanın "Milan", Meksikanın "Paçuka", Avstarliyanın "Melburn", Brazilyanın "Botafoqo" və Portuqaliyanın "Portimonense" klublarında çıxış edib, Yaponiya millisində keçirdiyi 98 oyunda 37 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!