“Derbi”nin ulduzu Azərbaycanın qarşısına çıxmayacaq

26 İyul 2021 18:00 Maraqlı 620
“Derbi”nin ulduzu Azərbaycanın qarşısına çıxmayacaq

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Ceyson Knayt uzun müddətə sıradan çıxıb.

20 yaşlı orta sahə oyunçusu klubu “Derbi”nin heyətində topuğundan xəsarət alıb.

Komandanın baş məşqçisi Stefan Kenni futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdir ki, Knayt DÇ-2022-nin seçmə mərhələsində sentyabrdakı oyunları buraxacaq.

Sentyabrın 1-də qrup çərçivəsində Portuqaliyanın qonağı olacaq İrlandiya həmin ayın 4-də Azərbaycanı, 7-də isə Serbiyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada