Ramin Musayev deyir, Elxan Məmmədov yedirdir

15 Sentyabr 2020 12:44 Köşə 1 087
Ramin Musayev deyir, Elxan Məmmədov yedirdir

Əvvəlcə hamınıza gözaydınlığı verirəm,

Ramin Musayevin yenidən PFL prezidenti seçilməsi münasibətilə təbrik edirəm.

Hamımız bir ağızdan “bu günümüzə də şükür” deyək. Çox ağır oldu budəfəki seçkilər. Yox, Ramin müəllimin alternativi yox idi. Kimin ağzı nədir ki, onun qarşısına çıxsın.

Onun qarşısına çıxan bir nəfərdir ki...

Onu xatırladım ki, Ramin Musayevin himayəçisi Rövnəq Abdullayevin işinin “yaş” olması bir az qorxuya salmışdı hamını.

Şükür, indi bir az quraqlıqdı, sabaha da Allah kərimdir. Amma bu yaşlığın, quraqlığın Ramin Musayevə heç bir təsiri yoxdur. Elə həmin Ramin müəllimdir.

Yenə də tozanaqlayıb. Deyib ki, növbəti mövsümdən Azərbaycan çempionatında (Premyer Liqa yazıb ingilislərin var-yoxuna söymək istəmirəm) komandaların sayı artırılacaq, nə bilim, fərqli format olacaq.

Kənd uşaqları buna tozanaqlamaq yox, os...ağa basmaq deyirlər. Ramin Musayev illərdir beləcə os..turağa basır, çaşdım ey, tozanaqlayır.

Yadımdadır, “Neftçi”nin vitse-prezidenti olanda bəndənizə sirr açmışdı, demişdi ki, Babək prospekti ilə Fəhlə prospektinin arasında 30 minlik stadion tikirik. O tadiondan xəbər çıxmadı, “Neftçi” hələ də bomj həyatı yaşayır.

Yalan olmasın, 3-4 ildir sərasər də deyir ki, çempionatda komandaların sayı artırılacaq. Amma artırılmır. Ramin Musayevin sözünü özünə yedizdirir.

Kim? Kim yedizdirəcək, əlbəttə ki, Elxan Məmmədov!

Amma nə məsələdirsə, Musayev özünə qoyulmur ki, qoyulmur. Bu deyir, Elxan Məmmədov yedirdir. Deyəsən, Musayev öz sözünün Elxan Məmmədov tərəfindən özünə yedizdirilməsinə elə alışıb ki, asılılıq yaranıb onda.

Bu asılılıqdan onu indi Rövnəq Abdullayev də xilas edə bilmir. Ramin Musayev yenə də tozanaqlayıb. Deyib ki, növbəti mövsüm çempionatda komandaların sayı artırılacaq. Özü də bölgə klublarının hesabına. Kənd uşaqları buna tozanaqlamaq yox, nəsə başqa söz deyirlər axı...

Natiq Muxtarlı

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!