Qurbanov dilə gəlirsə, Sadıqov üsyan, Abbasov qarğış edirsə...

26 Oktyabr 2021 13:00 Köşə 1 538
Qurbanov dilə gəlirsə, Sadıqov üsyan, Abbasov qarğış edirsə...

Hazırkı AFFA rəhbərliyinin bərbad idarəetməsi və yanlış qərarları sayəsində Azərbaycanda futbolçu nəsli tükənmək həddindədir.

Hər halda belə olmasaydı, klublarımızı çalışdıran məşqçilərimiz hər fürsətdə yararlı yerlilərin azlığından şikayət etməzdilər.

Gözə dəyənlər, şans qazananlar da ya məcburiyyətdəndir, ya da son 2-3 ilin yox, daha əvvəlin məhsuludur.

Əksəriyyəti "Qəbələ" və "Bakı" Futbol Akademiyalarının yetirmələridir. "Bakı"nın taleyi məlumdur. "Qəbələ" Futbol Akademiyası da hamımıza bəllidir ki, əvvəlki gücü ilə çalışmır.

Bu gedişlə yaxın gələcəkdə oynatmağa yerli futbolçu tapılmayacaq.

Yaxşı gənc futbolçuların yoxluğu hər nə qədər urək ağrıtsa da, gənc mütəxəssislərimizlə bağlı durum tam fərqlidir. Müstəqillik tarixində xatırlamıram ki, hazırkı dönəmdəki qədər gənc, perespektivli və bacarıqlı məşqçilərimiz olsun. Maşallah, sayları nə birdi, nə də beş...

Amma deyəsən, futbol "başbilənlərimiz" sayəsində yaxın gələcəkdə bu sarıdan da ağlaşma qurub, başımızı tutacağıq.

Futbolumuza qənim kəsilən bu adamlar öz gücünə inkişaf edən bu gənclərə dəstək olmaq əvəzinə, onları sevdikləri peşəyə nifrət etdirməklə məşğuldular.

Qurban Qurbanov kimi adam dilə gəlib, narazılıq edirsə, Rəşad Sadıqov üsyan edirsə, Ayxan Abbasov qarğış edirsə, deməli, vəziyyət acınacaqlıdır.

Biri yanlış sözlə gənc mütəxəssilərimizə "ilişir", digəri yalnış idarəçiliklə günlərlə, aylarla çəkilən əziyyəti yerə vurur.

Qurban Qurbanov kimi uğurları, nəticəsi, işi olan mütəxəssisin sözü havada yox, federasiyaların masasında olmalıdır.

Müzakirəyə çıxarılıb, əksər vaxt da yekdilliklə qəbul edilməlidir. Verdiyiniz bütün qərarların "boş" çıxması fonunda, bu adam 13 ildi doğru qərar verə bilməyin düstürunu yaradıb. O, bu diqqəti öz işi, əziyyəti ilə haqq edib.

Məsuliyyətsiz yanaşmanızla Qurbanov kimisini susmağa(təkliflərinə reaksiya olmasa, çətin ki, birdə danışsın), Ayxan Abbasov demiş - gənc mütəxəssirlərimizi də sevdikləri peşədən soyumağa məcbur etməyin.

Onların peşəsi öz qazancaları ilə bərabər, həm də Azərbaycan idmanına, Azərbaycan futboluna xidmətdir. Sizlərdən fərqli olaraq...

Xanoğlan İmanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"