"Azərbaycanda çox klub mənimlə maraqlanır"

3 İyul 2020 12:16 Şamaxı 1 531
"Azərbaycanda çox klub mənimlə maraqlanır"

"Yanvar ayında ölkə xaricində legioner həıyatı yaşamalı idim.

Təəssüf ki, uşaqlarıma görə ayrıla bilmədim. Sonra isə koronavirus gəldi və buna görə ölkədə qaldım".

Sportinfo.az xəbər verir ki, bu fikirləri hazırda Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq aforvardı Andre Klenon "Jamaica-star" nəşrinə açıqlamasında deyib.

31 yaşlı hücumçu yenidən Azərbaycandan təklif aldığını söyləyib. Klenon klubun adını açıqlamayıb: "Məqsəd daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa komandasına qayıtmaqdır, çünki orada çox klub mənimlə maraqlanır".

Andre Klenon 2018/2019 mövsümündə "Keşlə"də oynayıb. O, 26 oyuna 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız