AFFA-nın milliləşdirmək istədiyi legioner depressiya yaşayır

29 Mart 2020 22:00 Şamaxı 934
AFFA-nın milliləşdirmək istədiyi legioner depressiya yaşayır

«Keşlə» mövsümün əvvalində icarəyə götürdüyü Sezar Meza Kolliyə daha yüksək maaşla yeni müqavilə təklif edib.

Bilindiyi kimi, paraqvaylı yarımmüdafiəçi “Universitatya”ya məxsusdur.

Onun Rumıniya klubuyla sözləşməsi gələn ilin yayında bitəcək. Sabiq «bankirlər» öncə cənubi amerikalını razı salmaq, sonra “Universitatya” ilə danışıqlara başlamaq niyyətindədir.

Gəl ki, AFFA-nın da milliləşdirmək istədiyi legioner bu məsələni müzakirə etməyin əleyhinə çıxıb.

Sportinfo.az-ın məlumatına görə, koronavirus pandemiyası Sezarın psixoloji durumuna çox pis təsir göstərib. O, depressiya yaşayır və tamamilə evinə qapanıb, əksər telefon zənglərinə belə, cavab vermir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da