Tərlan Əhmədovun "qara iş"inin üstünü Rəşad Sadiqov açıb

12 Mart 2020 21:00 Şamaxı 1 715
Tərlan Əhmədovun "qara iş"inin üstünü Rəşad Sadiqov açıb

«Keşlə»nin oynayan məşqçisi Rəşad Sadiqov növbəti dəfə Tərlan Əhmədovla problem yaşayıb.

Sportinfo.az-ın məlumatına görə, o, aldığı mükafatdan baş məşqçiyə pul verməkdən imtina edib.

Sadiqov digər köməkçilərə və futbolçulara Əhmədovun tələbinə məhəl qoymamağı məsləhət görüb.

Dünən də xəbər verdiyimiz kimi, «Keşlə»də araşdırma başlayıb. Müşsahidə Şurasının sədri Zaur Axundov «qara büdcə»nin yaradılması barədə xəbəri alandan sonra bunun dəqiqləşdirilməsini tələb edib. Klub rəsmiləri ən qısa zamanda bu barədə öyrəndiklərini ona deməlidir.

Artıq deyə bilərik ki, olanları ört-basdır eləmək Əhmədov üçün çətin olacaq. Çünki başda Rəşad Sadiqovla Əfran İsmayılov olmaqla, aparıcı simalar baş məşqçinin əməlini onun üzünə vurublar və əleyhinə çıxıblar.

İndi yalnız gənclər səsini qaldırmaqdan qorxur. Ona görə ki, əsas komandadan uzaqlaşdırılacaqlarını bilirlər.

Tərlan Əhmədov onun əməlinin üstünü açan Rəşad Sadiqovu hamıdan əvvəl buradan kənarlaşdırmağa hazırdır. Gəl ki, Zaur Axundovun bu ayrılığın rəsmiləşməsinə imkan verməyəcəyindən ehtiyatlanır.

Sədr baş məşqçinin köməkçilərindən yalnız Sadiqova inanır. Dəfələrlə olub ki, hörmətli Axundov məhz Rəşadın xahişiylə başqalarının yanında Əhmədovu danlamaqdan vaz keçib.

Hərçənd ki, baş məşqçinin özü Sadiqova bunun əvəzini pis qaytarıb. Yeni ildən sonra maaşının artırılacağını vəd etsə də, sözünü tutmayıb.

«Keşlə»də aylıq məvacibi 1500 manat olan 38 yaşlı oynayan məşqçinin özü sədrə pulla bağlı müraciət etməyə utanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!