"KEŞLƏ"DƏ SKANDAL! Əhmədov Axundovun adından İsmayılova yalan danışdı, sonra…

27 Fevral 2020 20:30 Şamaxı 1 404
"KEŞLƏ"DƏ SKANDAL! Əhmədov Axundovun adından İsmayılova yalan danışdı, sonra…

«Keşlə» Premyer Liqanın 18-ci turunda «Zirə»yə 4:0 hesabıyla qalib gəlsə də, komandada vəziyyət gərgin olaraq qalmaqdadır.

Tərlan Əhmədovun başı yenə qalmaqallardan açılmır.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, baş məşqçinin bu dəfə problemi Əfran İsmayılovla yaranıb.

Belə ki, son 2 turda cəmi 4 dəqiqə forma geyinən yarımmüdafiəçi ondan Zaur Axundova şikayət edib. Müşahidə Şurasının sədri ilə görüşən təcrübəli futbolçu üzləşdiyi vəziyyətdən şikayətlənib.

İsmayılovu Axundovdan görüş istəməyə vadar edən səbəbə gəlincə, Əhmədovun dediyi sözlərdir. Baş məşqçi Əfranla söhbətdə iddia edib ki, ona az şans verməsi MŞ sədri ilə bağlıdır.

Bildirib ki, Zaur bəy onun əsas komandada qalmasını istəmir və əvəzedici heyətə göndərilməsini tapşırıb. Guya, o, sədrin göstərişini yerinə yetirmək məcburiyyətindədir və bu üzdən meydana çıxmasında problem var.

Əfran Əhmədovun dediklərini dəqiqləşdirmək üçün Axundovun qapısını döyüb. Klubun rəhbəri eşitdiklərindən sözün həqiqi mənasında şoka düşüb.

Hörmətli sədr cavabında «Mən elə tapşırıq verməmişəm. Belə bir fikrim olsaydı, səni çağırıb deyərdim. Get, məşqini elə, oyunlara hazırlaş.

Sən birinci futbolçu deyilsən ki, gəlib Tərlan Əhmədovun bu cür sözlər dediyini açıqlayırsan. Komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var.

Əhval-ruhiyyəni korlamaq istəmirəm. Yoxsa bu dəqiqə tədbir görərdim. Vəziyyət indi elədir ki, Tərlanı cəzalandırmaq istəmirəm.

Onun da öz vaxtı var. Bu söz-söhbətlər məni çox yorur. Vaxtı çatanda, Tərlanın «dərs»ini verəcəm» deyib.

Digər Xəbərlər
Xəbər Lenti