Bölgə klubunda anarxiya – Yeni rəhbərlik “yatıb”

1 İyul 2022 21:20 Şamaxı 870
Bölgə klubunda anarxiya – Yeni rəhbərlik “yatıb”

“Şamaxı”da bir aktivlik hiss olunmaqdadır.

20-si bir araya gəlməli olan, amma təxirə salınan toplanış qarşıdakı ayın ilk gününə təyin olunub.

Futbolçulara bu barədə məlumat da verilib.

Futbolçular demişkən, bir neçə yeni futbolçu ilə anlaşma da əldə olunub. Gənclərə yoxlanışa gəlməsi tapşırılıb. Amma ən qəribəsi odur ki, bu qədər hərəkətlikdən baş məşqçi Rüstəm Əliyevin xəbəri yoxdur.

Ümumiyyətlə, onu axtaran, soraqlayan bir kimsə klubda yoxdur. Müqaviləsi mövsümün sonu 1 illik artırılan mütəxəssis də çarəsiz xəbər gözləyir. Hələki başverənləri ya kimdənsə eşidir, ya da mətbuatdan oxuyur. Nə vaxta kimi?

Ay qardaş, belə də peşəkar klub olar? Rəhbərlik getdi, amma ab-hava elə köhnə ab-havadır. Bu adam sizə lazım deyilsə, çağırın, danışın, yolları ayırın da. O da işini bilsin, ictimaiyyət də.

Görünür, bu komandanın “xəmri” elə belə yoğrulub. Boş yerə deməyiblər ki, “Qozbeli qəbir düzəldər”.

Deyəsən, bizim “Şamaxı” da elə dağılanda - “klublar qəbiristanlığı”na gedəndə düzələcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti