Bölgə klubunda həsrət başa çatır - BU TARİXDƏ

29 İyun 2022 23:40 Şamaxı 1 366
Bölgə klubunda həsrət başa çatır - BU TARİXDƏ

Yeni mövsümün startına bir aydan bir neçə gün artıq vaxt qalır.

Artıq bütün Premyer Liqa klubları hazırlığa start verib. Yalnız "Şamaxı" xaric.

Bu ayın 20-si bir araya gəlməli olan kollektiv davam edən daxili qeyri-müəyyənlik səbəbindən toplanış tarixi təxirə salınmışdı.

Nəhayət, bölgə klubunda da bir araya gəlməklə bağlı qərar verilib. Belə ki, gələn ayın 1-i komanda Şamaxıda toplaşacaq.

İlk bir həftə sınaq xaratkerli məşqlər olacaq. Yoxlanışa gələn gənclər və əvəzedici komandanın üzvləri arasından seçim ediləcək. Sonra tədricən yeni transferlər də komandaya qoşulacaq. Ölkə xaricinə gedib-getməməklə bağlı sual isə hələ də cavabsız olaraq qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti