“Ödəyə biləcəyimiz pula gəlmirlər, bir az da gözləməyə məcburuq”

27 İyun 2022 17:00 Şamaxı 901
“Ödəyə biləcəyimiz pula gəlmirlər, bir az da gözləməyə məcburuq”

“Bxdığımız və bəyəndiyimiz futbolçular çoxdur, sadəcə, hələ heç biri ilə müqavilə bağlaya bilməmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Onun bildirdiyinə görə, dayaq yarımmüdafiəçisi və hücumameylli yarımmüdafiəçi mövqelərinə yeni legionerlərin alınması vacibdir:

“Fernan Lopeslə söhbət bağlandı, bura qayıtmaq istəmir. Stefan Vukçeviçin də qayıtması sual altındadır.

Monteneqrolu iki ildir formasını geyindiyi kluba dönmək üçün maaşının artırılmasını tələb edib. Onun güzəştə gedəcəyinə ümid olub, sakit dayana bilmərik.

Dediyim mövqelərə yeni transferlər etməyə çalışırıq. Maraq dairəmizə düşən legionerlərin qiymət nisbətən yüksəkdir.

Ödəyə biləcəyimiz pula gəlmirlər. Bir az da gözləməyə məcburuq.

Konfrans Liqasının başlamasına çox vaxt qalmayıb. “Fehervar” boş dayanmır, onlar da heyətini gücləndirir. Gərək biz də nəsə edək, komandanı komplektəşdirək”.

Digər Xəbərlər
Xəbər Lenti