”Şamaxı”da 2 yeni ad

25 İyun 2022 15:00 Şamaxı 1 628
”Şamaxı”da 2 yeni ad

”Şamaxı”nın yeni çalışdırıcısı Cavid Hüseynov özünə 2 köməkçi götürüb.

O, son 8 ili ”Zirə”də keçirmiş qapıçılar üzrə məşqçi Anar Niftəliyevin xidmətinə ehtiyac duyub.

Digər yardımçı isə Vüqar Əsgərlidir. Sonuncu publikaya daha çox qadın futbolundan tanışdır. 17 və 19 yaşlı qızlaprdan ibarət yığmaların baş məşqçisi olmuş Əsgərli hazırda AFFA-nın təşkil etdiyi «Pro» kateqoriyalı kurslarda oxuyur.

Cavid Hüseynovun yalnız «B» lisenziyası olduğundan, qaydalar onun adının rəsmi protokolda baş məşqçi kimi göstərilməsinə icazə vermir. Güman ki, elə Vüqar Əsgərlinin adı orada qeyd olunacaq.

Yeni çalışdırıcı Rüstəm Əliyevlə yanaşı, Zaur İsmayılov, Cəmaləddin Əliyev, Ruslan Əmircanov və Natiq Əsgərovu buradan uzaqlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi