Məğlubiyyətə adət edən baş məşqçi: "Təəssüflənirəm"

16 May 2022 02:10 Şamaxı 623
Məğlubiyyətə adət edən baş məşqçi: "Təəssüflənirəm"

Premyer Liqanın 27-ci turu çərçivəsində "Qəbələ"ni qəbul edən "Şamaxı" evdə rəqibinə 0:1 uduzub.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Rüstəm Əliyev matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Qəbələ"ni təbrik edirəm. Təəssüf ki, yenə azarkeşlərimizi sevindirə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq, son nöqtəni qoymaq lazımdı.

"Sumqayıt"la oyunda olduğu kimi bu gün də son nöqtəni qoya bilmirdik. Matç ərzində "Qəbələ"dən çox qol epizodlarımız oldu, amma yararlana bilmədik.

Həmin epizodları dəyərləndirmək üçün soyuqqanlı olmaq lazımdır. Bunu futbolçulara da bildirdim. Qalib gələ bilmədiyimizə görə təəssüflənirəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?