10-a yaxın futbolçu yola salındı, 3 transferə icazə verildi – Hücumçu axtarılır!

12 Yanvar 2022 19:40 Şamaxı 1 199
10-a yaxın futbolçu yola salındı, 3 transferə icazə verildi – Hücumçu axtarılır!

“Keşlə”də vəziyyət ürəkaçan deyil.

Yayda edilən transferlərdən xeyir görməyən klubun rəhbərliyi baş məşqçi Sənan Qurbanovdan “təmizləmə əməliyyatı”nı tələb edib.

Odur ki, qış fasiləsində 10-a yaxın futbolçu ilə yollar ayrıldı. Bu azmış kimi, ölkə kubokunun son sahibi Antalyada hazırlıq keçməkdən məhrum oldu.

“Qırmızılar” heyəti gücləndirməklə bağlı ciddi problem yaşayır. Hələlik yalnız Fəhmin Muradbəyli komandaya cəlb olunub ki, 25 yaşlı yarımmüdafiəçi “Neftçi”dən icarəyə götürülüb.

Bu gün, uzağı sabah Franko Floresin transferi ictimaiyyətə çatdırılacaq. Argentinalı müdafiəçi artıq Bakıdadır. Tibbi müayinədən keçib, müqaviləyə qol çəkəcək.

Sənan Qurbanovun limiti doldurmaq üçün bir imkanı qalıb. Baş məşqçi komandaya hücumçu cəlb edə bilər, vəssalam. Əlavə futbolçunun keçidi üçün maliyyə ayrılmayıb.

Qurbanov neçə vaxtdır gecəsini gündüzünə qatıb ona təqdim olunan hücumçuları izləməklə məşğuldur. Yalnız Amil Yunanovun ümidinə qalan keşləlilər əcnəbi forvardın xidmətində maraqlıdır. Sənan bəy hələ ki, son qərarını verməyib.

Bəyəndiyi futbolçu olsa, bu haqda rəhbərliyə məruzə edəcək və “yuxarı”nın göstərişi əsasında qış fasiləsinin sonuncu transferi həyata keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti