Xanımı azərbaycanlı olan legionerə 4 ölkədən təklif var - ADLAR

16 Dekabr 2021 09:20 Şamaxı 2 011
Xanımı azərbaycanlı olan legionerə 4 ölkədən təklif var - ADLAR

“Karyeramı Azərbaycanda davam etdirmək istəyirəm.

“Keşlə”dən yeni təklif almışam, başqa təklifləri də gözdən keçirməyə hazıram. Təki burda qalım”.

“Keşlə”nin hücumçusu Anatole Abanq gələcək karyerası haqda Sportinfo.az-a danışanda Azərbaycan sevgisini gizlətməyib.

1 illik müqaviləsinin bitməsinə sayılı günlər qalmış kamerunlu legionerin ölkəmizdə yaşamaq istəyi əbəs deyil.

O, bir neçə ay əvvəl Adelia adlı azərbaycanlı qadınla ailə qurduqdan sonra daha bir neçə il Azərbaycanda yaşamağı qərara alıb. Səbəbini isə bununla əlaqələndirib:

“Azərbaycanda özümü çox rahat hiss edirəm. 1 ildir burdayam, indiyə qədər bir dəfə də olsun problem yaşamamışam. Küçədə rahat gəzirəm, dostlarla xoş vaxt keçiririk və ən əsası, sakit ölkədə yaşayıram.

Xanımım hamilədir, bir neçə aydan sonra övladımız dünyaya gələcək. İstəyirəm uşaq Bakıda anadan olsun, bir müddət burada keçirək.

Həm də hamiləlik qadın üçün ağır perioddur. Belə vəziyyətdə başqa ölkəyə getmək, ora uyğunlaşmaq bir az çətin görünür”.

Maraqlıdır, Azərbaycandan sərfəli təklif olmayacağı halda, Anatoli nə edəcək? Gələcəyi barədə nə düşünür?:

“Əslində başqa ölkələrdən təkliflərim var. Gizlətmirəm Fransa, Portuqaliya, Türkiyə və Koreyanın birinci liqa təmsilçilərindən müraciətlər olub.

Amma dediyim kimi, əsas istəyim burada qalmaqdır. Görsəm ki, alınmır, bu ölkələrin arasında seçim edib, ailəmlə birgə ora yollanacam”.

Anatoli Abanq cari mövsümdə “Keşlə”də meydana çıxdığı 10 oyunda rəqib qapılarına 4 dəfə yol tapıb. Və bu matçlarda 2 dəfə qırmızı vərəqə ilə meydandan qovulub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti