Kapitandan SƏRT reaksiya: "Belə olmaz, deməzdim ki, legionerlərin üzərinə çox gedirik"

30 Noyabr 2021 23:00 Şamaxı 696
Kapitandan SƏRT reaksiya: "Belə olmaz, deməzdim ki, legionerlərin üzərinə çox gedirik"

"Bir az ağır oyun oldu. Belə olacağını da bilirdik. İlk hissədə erkən buraxılan qollar komandada pərakəndəlik yaratdı.

İkinci hissə özümüzdə güc toplayıb, oyunu dəyişməyə çalşdıq. Müəyyən qədər də alındı.

İstədiyimiz kimi rəqibi öndə qarşılaya bilirdik. Amma hər zamankı kimi qol imkanlarından yararlana bilmədik".

Bunu Sportinfo.az-a açıqlamasında "Sabah"a məğlub olduqları (1:2) oyun haqqında danışan "Keşlə"nin kapitanı İlkin Qırtımov deyib.

Oyunun ikinci yarısında yerli futbolçuların legionerlərə qarşı aqessiv münasibəti hiss olunurdu. Sərt şəkildə onlardan daha çox qaçmaları və mübarizə aparmalarına çağrışlar oldu.

Təcrübəli müdaguəçi bu duruma belə aydınlıq gətirib: "İlk öncə "Sabah"ın haqqını vermək lazımdır. İlk hissə oynadıqları futbol bizə mane olurdu.

Amma fasilədə bir-birimizə söz verdik ki, toparlanmaq lazımdır. Belə olmaz. Deməzdim ki, legionerlərin üzərinə çox gedirik.

Oyunda belə şeylər olur. Hamıda ilk hissə alınmadı. Mən, Tərlan Quliyev, Şəhriyar Əliyev və Azər Salahlı kimi təcrübəli oyunçular digərlərinə nəsə deməliydik ki, uşaqlar özünə gəlsin. Fərq etmir, bu, yerli və ya əcnəbi olsun".

Digər Xəbərlər
Xəbər Lenti