"Bu qədər müddət kənarda qalmaq ağır oldu" - Şəhriyar Əliyev

14 Oktyabr 2021 23:00 Şamaxı 444
"Bu qədər müddət kənarda qalmaq ağır oldu" - Şəhriyar Əliyev

Premyer Liqanın ikinci turunda "Qəbələ" ilə qarşılaşmada aldığı qırmızı vərəqəyə görə 4 oyun cəzalanan "Keşlə"nin mərkəz müdafiəçisi Şəhriyar Əliyev bu tur komandasına qoşulacaq.

Təxminən 2 aya yaxın komandasından uzaq qalan Əliyev cəzasının bitməsi ilə bağlı Sportinfo.az-a danışıb: "4 oyunluq cəzam artıq başa çatdı. Aldığım ağır cəza çox pis dönəmə düşdü. Öncə milli komandaya görə fasilə yarandı, ardınca 4 oyunluq cəzam davam etdi və yenidən milli üçün fasilə yarandı. Bu səbəbdən iki aya yaxın müddət komandadan kənar qaldım. Bu qədər müddət kənarda qalmaq çox ağır oldu".

Son iki turda məğlub olmayan "Keşlə"nin bu həftə rəqibi "Səbail"di. Təcrübəli oyunçu Bayıl təmsilçisi ilə matçda meydana çıxmağa hazır olduğunu deyib: "İnşallah, "Səbail"lə qarşı matçda baş məşqçimiz şans versə oynamağa hazıram. Arxada qalan müddətdə məşqlərdə səylə çalışmışam, oyun təcrübəmi itirməmək üçün əvəzedici komandamızla da 2 görüşə çıxdım. İnanıram ki, qayıdışım uğurlu olacaq. Son 2 turdakı uğurlu seriyamızı "Səbail"lə qarşılaşmada da davam etdirməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti