Paytaxt klubunu "quyu"dan çıxaran gedişat

8 Oktyabr 2021 23:40 Şamaxı 688
Paytaxt klubunu "quyu"dan çıxaran gedişat

Hazırda "Keşlə"də üzlər gülür, amma son iki tura kimi hər şey tam fərqli idi.

Mövsümə uğursuz start verən komanda ardıcıl 4 tur məğlubiyyət acısı yaşadı. Uğursuzluq bununla bitsə nə vardı ...

Paytaxt klubu 2-ci tur Qəbələ səfərində əsas simalarından sayılan Şəhriyar Əliyevi itirdi. Mərkəz müdafiəçisi hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırıldı.

3-cü tur "Zirə"yə məğlub (0-2) olan komanda bu dəfə əsas hücumçusu sayılan Anatoli Abanqın acısını yaşadı. Lazımsız yerə aldığı qırmızı vərəqəyə qəzəblənən baş məşqçi Sənan Qurbanov əcnəbi oyunçunu əvəzedici komandaya göndərdi.

Artıq proseslər Qurbanovun istefasına doğru gedirdi. Bu qərarın verilməsi an məsələsiydi. Hətta onun yerinə müəyyən namizədlər də müzakirə olunurdu. Amma...

5-ci tur hər kəsin gözləntisinin əksinə olaraq "Keşlə" doğma meydanda "Qarabağ" kimi güclü komanda ilə bərabərə (1-1) qalmağı bacardı. Bu mövsümdə qazanılmış ilk xalı oldu.

Növbəti tur rəqib mövsümün digər uğursuz komandası "Sabah" oldu. Autsayderlərin duelindən qalib ayrılan "Keşlə" vəziyyətini bir xeyli yaxşılaşdırmağı bacardı.

Cəzalı Anatoli Abanq, Şəhriyar Əliyev kimi əsas heyət üzvləri də artıq komandaya qoşulub.

Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədən sonra baş tutacaq növbəti turdakı rəqib isə "Səbail"dir.
O "Səbail" ki son 3 turda xal üzünə həsrətdir.

Deməli, növbəti 3 xalı aktivinə yazmaq baxımından "Keşlə"nin daha bir yaxşı şansı var. Əgər komanda bunu bacarsa, Sənan Qurbanovlu "Keşlə" böyük sıçrayışa nail olmuş olacaq. Əks halda hər şeyə yenidən sıfırdan başlamaq lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!