Araz-Naxçıvan»ın keçmiş məşqçisi Ramiz Kərimova AFFA-da vəzifə verilib.
O, federasiyanın yeni texniki direktoru Edmond Klausa köməkçi təyin olunub..
R.Kərimov 2024-cü ili naprel ayından bu ilin yanvarına kimi Muxtar Respublika təmsilçisində Elmar Baxşıyevin yardımçısı işləyib. Qapçılar üzrə məşqçi ingilis dilini yaxşı bildiyi üçün AFFA-ya dəvət alıb.
Niderlandlı funksionerin son iş yeri isə “Ayaks” akademiyası olub. O, burada texniki koordinator və müvəqqəti akademiya rəhbəri kimi fəaliyyət göstərib.
Bundan başqa, Klausun Çin futbolunda da təcrübəsi var. Çin U-20 millisində məşqçi və gənclər futbolunun inkişafı üzrə rəhbər vəzifələrdə çalışıb.
59 yaşlı mütəxəssis burada Cahangir Həsənzadəni əvəz edib. 2020-ci ildən AFFA-da həmin postu tutan «Caqa» ləqəbli funksioner aprelin 4-də iş yeriylə vidalaşıb.
Niderlandlı isə federasiya ilə 2+1 illik müqavilə imzalayıb. Qurumun 20-yə yaxın namizəd içindən seçdiyi şəxsə mühüm səlahiyyətlər verilib.
Bütün aşağı yaş qrupları üzrə yığmalara aid məsələlər ona tapşırılıb.
Baş məşqçilərin təyinatın tutmuş ta həmin komandaların oynayacağı taktikanın müəyyənləşdirilməsinə kimi.
SPORTİNFO.AZ

