Azər Bağırov onu da “Şamaxı”ya gətirmək istəyir

16:40 Şamaxı 352
Azər Bağırov onu da “Şamaxı”ya gətirmək istəyir

Azər Bağırovun “Şamaxı”dakı işi çətin görünür.

Ötən mövsüm əsas heyətin özəyini təşkil edən futbolçuların əksəriyyəti bölgə təmsilçisini tərk edib.

Yeni baş məşqçini də azərbaycanlı futbolçularla işləmək bacarığına görə bura gətiriblər.

Bağırov əlindən gələni edir ki, “şirlər”i tərk edən yerlilərin boşluğunu doldursun, sonra legioner bazarına göz gəzdirsin.

“Karvan-Yevlax”ın sabiqləri – Vadim Abdullayevlə Samir Abdullayevin “Şamaxı” ilə anlaşmağa yaxın olduğunu xəbər vermişdik.

Bağırovun növbəti hədəfi “Qəbələ”nin müdafiəçisidir.

Söhbət Nicat Əliyevdən gedir.

Əliyev ötən “futbol ili”ndə Kaxaber Tsxadadzenin güvəndiyi isimlərdən olsa da, növbəti mövsümdə vaxtilə “Qəbələ” akademiyasından tanıdığı Azər Bağırovun rəhbərliyi altında oynamağa qarşı deyil.

İşin əmması budur ki, Nicatın “qırmızı-qaralar”la müqaviləsi davam edir.

Ya klub rəhbərliyi ilə danışıb yolların qarşılıqlı razılıq əsasında pozulmasına nail olmalı, ya da “Şamaxı”ya icarə əsasında üz tutnalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi