Elvin Cəfərquliyev iki aylıq aradan sonra “Qarabağ”ın əsas komandasına qayıdıb.
Sportinfo.az xəbər verir ki, müdafiəçi Avstriyadakı təlim-məşq toplanışına yollanıb.
Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.
Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək.
Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq.
Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.
Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

