Araz Abdullayevin yaxın qohumunu “Şamaxı”ya gətirir

7 İyun 16:05 Şamaxı 2 487
Araz Abdullayevin yaxın qohumunu “Şamaxı”ya gətirir

Baş məşqçi postuna Azər Bağırovu gətirən “Şamaxı” transfer çalışmalarına start verib.

Yeni çalışdırıcının istəyi ilə ötən mövsümü “Karvan-Yevlax”da keçirmiş Vadim Abdullayevin yenidən Bağırovun rəhbərliyi altında top qovacağını xəbər vermişdik.

Tərəflər arasında razılıq əldə olunub, qalır transferi təqdim etmək.

Sportinfo.az xəbər verir ki, “Şamaxı”nın göz qoyduğu digər futbolçu də ötən mövsümü “Karvan-Yevlax”da keçirib.

Bu, “Neftçi”nin və Azərbaycan millisinin keçmiş üzvü Araz Abdullayevin əmisi oğlu Samir Abdullayevdir.

24 yaşlı solaxay futbolçu “şirlər”in formasını geyinməyə qarşı deyil.

Çox güman, bu transfer da yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!