“Qarabağ” Xorvatiya “Riyeka”sının qapıçısı Martin Zlomisliçlə razılıq əldə edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubu sosial şəbəkə hesabında paylaşım edib.
\Bosniya və herseqovinalı kiperin yaxın günlərdə Azərbaycana gələcəyi bildirilir.
“Qarabağ” bu keçid üçün “Riyeka”ya 500 min avro (1 milyon manat) transfer haqqı ödəyib.

