Nigeriyalı hücumçu daha 1 il ölkəmizdə qaldı - SON DƏQİQƏ

6 İyun 14:00 Şamaxı 1 625
Nigeriyalı hücumçu daha 1 il ölkəmizdə qaldı - SON DƏQİQƏ

"Şamaxı"nın yeni baş məşqçisi Azər Bağırov ikinci seçimini edib.

"Şirlər"lə 3 illik müqavilə imzalayan çalışdırıcı Abdulla Şuaybunu düşərgədə saxlayıb.

Ötən yay "Qəbələ"dən bura gələn nigeriyalı hücumçu kontraktını uzadıb. 24 yaşlı forvardın yeni sözləşməsi 1 illikdir.

Bölgə təmsilçisi daha öncə Abdulla Seydəhmədovla yeni müqavilə imzalayıb. 2023-cü ilin oktyabrından "Şamaxı"da oynayan 29 yaşlı qolkiper növbəti mövsümü də əyalətdə keçirəcək.

"Şamaxı"son 11 gündə Ravil Qarayev, Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike ilə vidalaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!