Dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geridönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.
Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü ildə dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.

