Ayağı top tutan “Şamaxı”dan qaçır - Tanzaniyalı 17-ci oldu

17:20 Şamaxı 194
Ayağı top tutan “Şamaxı”dan qaçır - Tanzaniyalı 17-ci oldu

“Şamaxı”da daha bir ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Alfons Mabula Msanqa ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tanzaniya yığmasının müdafiəçisinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Bununla da "Şamaxı"dan ayrılan futbolçların sayı 17-ə çatıb.

Son iki həftə ərzində Ravil Qafarov , Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike də komandadan gedib.

"Şamaxı"dan gedənlərin sayı 17 oldu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti