«Şamaxı» Rikardo Fernandesi transferə çıxarıb.
«Şirlər» son iki mövsümdə formasını geyinən portuqaliyalı qapıçını 200 min dollara satmağa hazırdır.
Əyalət təmsilçisinin rəhbərliyi bir neçə klubun nümayəndəsi ilə əlaqə saxlayaraq, kontraktı 2027-cı ilin yayında bitəcək 31 yaşlı kiperin xidmətini onlara təklif eləyib.
Onların belə əl-ayağa düşməsi təsadüfi deyil. Azər Bağırov adıçəkilən «əlcək sahibi»nin satılmasını istəyib.
Yeni baş məşqçi Fernandesin maaşının komandanın aylıq büdcəsinə «yük» olmasından narahatdır.
Yaxınlarda klubla 3 illik müqavilə bağlamış çalışdırıcı portuqalın satışından əldə ediləcək pulla bir neçə transfer əməliyyatı həyata keçirməyi planlaşdırır.
Bağırovun gəlişindən sonra «Şamaxı»da güclü «yarpaq tökümü» baş verib. Müqaviləsi bitən 18 futbolçu düşərgəni tərk edib.
Dioqo Balau isə «Turan Tovuz»a satılıb. Portuqaliyalı yarımmüdafiəçinin keçidi «şirlər»ə 80 min dollar qazandırıb.
SPORTİNFO.AZ

